Ana Sayfa > Karusel / Gündəm / M2 > Dağıstan lideri QMİ sədrinə məktub göndərdi

Dağıstan lideri QMİ sədrinə məktub göndərdi


23-06-2016, 21:07. Yazar: Xeberaz

Dağıstan lideri QMİ sədrinə məktub göndərdi

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür məktubu göndərib.

Bu barədə Axar.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ramazan Abdulatipov məktubda Allahşükür Paşazadəyə, Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanda günlərinin keçirildiyi vaxt göstərdiyi qonaqpərvərlik və səmimi qarşılamaya görə minnətdarlıq edib: "Keçirilən tədbirlər Dağıstan və Azərbaycanın birgə tarixi taleinin olduğunu hamıya bir daha xatırladan, xalqlarımız arasında mövcud olan qonşuluq və qardaşlıq xarakteri daşıyan dostluğu təsdiqləyən, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində ikitərəfli əlaqələri inkişaf etdirmək və daha da möhkəmləndirmək əzmini nümayiş etdirən irimiqyaslı hadisə olub".

Geri dön