Ana Sayfa > Karusel / Hadisə / M2 > Ucarda dəhşətli qəza: Sürücü öldü

Ucarda dəhşətli qəza: Sürücü öldü


23-06-2016, 20:41. Yazar: Xeberaz
Ucarda dəhşətli qəza: Sürücü öldü
Ucarda yol qəzası baş verib.

"Xəbəraz.az " Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində vətəndaşa məxsus VAZ markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarında ağaca çırpılıb.

Avtomobilin sürücüsü 1956-cı il təvəlüdlü Bəkirov Zakir Bəkir oğlunun sıxılmış meyiti yanğınsöndürənlər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
Geri dön