Ana Sayfa > Karusel / Dünya / M2 > Polis avtoritet Zaykanı Lotu Qulidən gizlədir

Polis avtoritet Zaykanı Lotu Qulidən gizlədir


23-06-2016, 17:47. Yazar: Xeberaz
Polis avtoritet Zaykanı Lotu Qulidən gizlədir

Rusiya İstintaq Komitəsində “Zayka” ləqəbli azərbaycanlı avtoritet Zaur Əliyevlə bağlı aparılan istintaq başa çatıb.
"Xəbəraz.az " “Rosbalt”a istinadən xəbər verir ki, Zaur Əliyevin həbs edilməsi Lotu Quli ləqəbli digər azərbaycanlı avtoritet Nadir Səlifovla arasında baş verən münaqişə ilə bağlıdır.

Z.Əliyev bir müddət öncə Lotu Qulinin əmri ilə döyülüb və o, hazırda təcridxanada gizlədilir.

Saytın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Z.Əliyev Rusiya Cinayət Məcəlləsinin qəsb, adam oğurluğu, quldurluq, qanunsuz silah saxlama və banditizm maddələri ilə ittiham olunur.

Lakin Zayka bu ittihamları qəbul etmir.

8 il əvvəl Lotu Qulinin adamları Zaur Əliyevlə əlaqəsi olan biznesmenlərdən pul tələb ediblər. Bunu eşidən Zayka Lotu Quliyə zəng vuraraq təhqir edib.

Zayka azadlıqda olduğu üçün Lotu Quliyə əlçatmaz olub. Lakin o, 2014-cü ilin noyabrında tutulub və Lotu Qulinin olduğu təcridxanaya göndərilib. Bunu eşidən Lotu Qulinin adamları killer Nazim Hümbətovun rəhbərliyi ilə onun kamerasına basqın edib. Zaykanın döyülməsi “Skayp” vasitəsilə Lotu Quliyə canlı yayımlanıb.

Geri dön