Ana Sayfa > Karusel / Gündəm / M2 > Deputat növbəti dəfə erməniləri susdurdu

Deputat növbəti dəfə erməniləri susdurdu


23-06-2016, 17:44. Yazar: Xeberaz
Deputat növbəti dəfə erməniləri susdurdu

Bu gün AŞPA-da “Mədəniyyət və Demokratiya” adlı məruzə ətrafında müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Türkiyə əleyhinə yalan və böhtan dolu çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavab verib.
"Xəbəraz.az "xəbər verir ki, millət vəkili Ermənistan heyətinin üzvlərinin Azərbaycana əlyehinə nifrət dolu çıxışılarını kəskin qınayıb.

Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün izləri yox etməyə çalışdığını deyib:

“Bu, çox dəhşətlidir. Zöhrabyanın səsləndirdiyi bütün məlumatlar yalandır. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və sivilizasiyalararası dialoqa böyük önəm verir. Azərbaycanın mədəniyyətlərarası dialoqla bağlı gördüyü böyük işlər beynəlxalq təşkilatlar tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bu gün Azərbaycan əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”.
Geri dön