Ana Sayfa > Karusel / Hadisə / M2 > Gömrük işçilərini aldatmaq istədi, amma…

Gömrük işçilərini aldatmaq istədi, amma…


22-06-2016, 15:25. Yazar: Xeberaz

Gömrük işçilərini aldatmaq istədi, amma…

Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Xəbəraz.az " xəbər verir ki, həmin vətəndaş baqajında bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilərkən çantasında 4 ədəd mobil telefonun olduğunu bildirib. Yoxlama zamanı vətəndaşın çantasının içərisindən şifahi şəkildə bəyan etdiyi 1 ədəd “Samsunq Qalaksi A3”, 1 ədəd “Samsunq Qalaksi J1”, 1 ədəd “Samsunq Qalaksi J1 mini” və 1ədəd “Samsunq Qalaksi S7 edge” markalı mobil telefonlar aşkar olunub.

Lakin vətəndaşa məxsus sellofan paketin yoxlanılması zamanı isə onun içərisində, gömrük nəzarətindən gizlədilmiş 26 ədəd “Samsunq Qalaksi J7” və 4 ədəd “Samsunq Qalaksi J2” markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön