Ana Sayfa > Karusel / Dünya / M2 > Lukaşenko sərhədləri möhkəmləndirir

Lukaşenko sərhədləri möhkəmləndirir


22-06-2016, 15:14. Yazar: Xeberaz

Lukaşenko sərhədləri möhkəmləndirir
Belarus özünün qərb və cənub sərhədlərində təhlükəsizlik tədbirlərini artıracaq.

"Xəbəraz.az "xəbər verir ki, bunu Ümumbelarus Xalq Məclisində çıxışı zamanı Prezident Aleksandr Lukaşenko söyləyib. Onun sözlərinə görə, bu, torpaqların sakitliyi və sülh üçün lazımdır.

Qeyd edək ki, Minsk bir müddət öncə NATO-nun Moskvaya qarşı istənilən addımında Kremli dəstəkləyəcəyini bəyan edib. Üstəlik, Lukaşenko Belarusun heç vaxt Ukraynaya girməyəcəyini də söyləyib.
Geri dön