Ana Sayfa > Karusel / Dünya / M2 > Makkeyn ABŞ-ın böyük səhvlərindən danışdı

Makkeyn ABŞ-ın böyük səhvlərindən danışdı


22-06-2016, 11:22. Yazar: Xeberaz

Makkeyn ABŞ-ın böyük səhvlərindən danışdı
Amerikalı senator Con Makkeyn ABŞ-ın Suriyadakı səhvlərindən danışıb.
"Xəbəraz.az " CNN-ə istinadən xəbər verir ki, Makkeyn Rusiyanın Yaxın Şərqdə bu səhvlərin köməkliyi ilə möhkəmlənə bildiyini etiraf edib:

“Suriyada Rusiyaya məxsus qüvvələr ABŞ tərəfdarlarını bombalayır. Görürük ki, ABŞ-ın xəbərdarlıqları heç bir işə yaramır. Ümidvaram ki, Cenevrə görüşündə Suriyadakı müharibəni dayandırmaq istiqamətində bir uğur əldə olunacaq”.

Makkeyn baş verənlərdə daha çox Prezident Barak Obamanın günahkar olduğunu açıqlayıb:

“Prezident inanırdı ki, əgər ABŞ münaqişədən uzaqlaşarsa, münaqişə yox olacaq. Bu isə belə deyil. O yanılırdı. Bizə ilk gündən məlum idi ki, Rusiya İŞİD-i deyil, müxalifəti bombalayır. Vaxtında tədbir görmək lazım idi”.

Geri dön