Ana Sayfa > Karusel / Gündəm / M2 > Xaricə çıxışınıza "STOP" qoyulubmu? -Burdan öyrənin

Xaricə çıxışınıza "STOP" qoyulubmu? -Burdan öyrənin


21-06-2016, 23:05. Yazar: Xeberaz
Xaricə çıxışınıza "STOP" qoyulubmu? -Burdan öyrənin
Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.

"Xəbəraz.az "-ın Fins.az-a istinadən xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.
Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün linkinə daxil olmaq lazımdır.
My Webpage
Geri dön