Ana Sayfa > Karusel / Gündəm / M2 > Magistr və doktorantlar əsgər getməyəcək - Prezident təsdiqlədi

Magistr və doktorantlar əsgər getməyəcək - Prezident təsdiqlədi


21-06-2016, 17:03. Yazar: Xeberaz
Magistr və doktorantlar əsgər getməyəcək - Prezident təsdiqlədi

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib.

"Xəbəraz.az "-ın məlumatına görə, dəyişiklərə əsasən, qanunun 21.1-ci maddəsində “filiallarında” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri əlavə olunub.

21.1.4-cü maddədə “ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat)” sözləri “əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada”, 21.1.5-ci maddədə “pilləsində (bakalavriat)” sözləri “pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində” sözləri ilə əvəz edilib.

Beləliklə də, magistraturada və doktoranturada təhsil alan şəslərə hərbi xidmətmətdən möhlət hüququ təsdiqlənib.
Geri dön