Ana Sayfa > Karusel / Dünya / M2 > BDU-dan növbəti uğur

BDU-dan növbəti uğur


21-06-2016, 14:32. Yazar: Xeberaz
BDU-dan növbəti uğur

BDU dünya universitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings 2015/2016” və “QS Quacquarelli Symonds LTD” təşkilatlarının siyahısında yer tutub.

"Xəbəraz.az " xəbər verir ki, “QS World University Rankings 2015/2016” reytinqində 701+, “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində isə 88-ci yerdə qərarlaşıb.

Reytinqin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.

“QS Quacquarelli Symonds LTD” təşkilatı isə sorğunu regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparıb.

Qeyd edək ki, Bakı Dövlət Universiteti artıq bir neçə ildir ki, bu təşkilatların reytinq siyahısında yer tutur.

Geri dön