Ana Sayfa > Karusel / Dünya / M2 > Bəhreyndən İran generalına: “Sübut etdiniz…”

Bəhreyndən İran generalına: “Sübut etdiniz…”


21-06-2016, 14:27. Yazar: Xeberaz

Bəhreyndən İran generalına: “Sübut etdiniz…”
Şeyx İsa Qasım İranın layihəsinin bir parçasıdır və SEPAH-la əlaqəsi olduğu da üzə çıxıb.
"Xəbəraz.az " xəbər verir ki, bunu Bəhreyn kralının müşaviri Nabil Humr öz Tvitter səhifəsində paylaşıb. Onun sözlərinə görə, İran generalı Qasım Süleymani İsa Qasıma dəstək verməklə Bəhreynin mövqeyinin nə qədər doğru olduğunu sübuta yetirib.

Qeyd edək ki, bir müddət öncə Bəhreyndəki şiə alimi Şeyx İsa Qasım ölkə vətəndaşlığından çıxarılıb. Buna cavab olaraq İran generalı Qasım Süleymani İsa Qasımı müdafiə edərək, Bəhreyn hakimiyyətinin buna görə cavab verəcəyini bildirib. O, Əl Xəlifə sülaləsinin sonunun yaxşı olmayacağını bildirib.

Geri dön