Ana Sayfa > Karusel / Gündəm / M2 > Baş katib azərbaycanlı girovlardan danışdı

Baş katib azərbaycanlı girovlardan danışdı


21-06-2016, 13:53. Yazar: Xeberaz

Baş katib azərbaycanlı girovlardan danışdı
Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının baş katibi T.Yaqlanda AŞPA-da Ş.Quliyev və D.Əsgərovla bağlı suallar ünvanlayıb.

"Xəbəraz.az " xəbər verir ki, AŞ baş katibi T.Yaqland AŞPA-da Liberal Qrupda millət vəkilləri qarşısında çıxıb edib və sualları cavablandırıb.

Millət vəkili Q.Paşayeva AŞ baş katibi qarşısında bir neçə ciddi məsələ qaldırıb və nədən bu məsələlərə lazımi diqqət ayrılmadığını soruşub:

“Siz millət vəkilləri qarşısında çıxınızda söylədiniz ki, insan haqlarını müfadiə etmək bizim vəzifəmizdir və Avropa İnsan Haqları Məhkəməsi qərarlarının yerinə yetirilməsi üzv ölkələr tərəfindən məcburidir. “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərardan danışmaq istəyirəm. Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından məcburi köçkün düşən bir qrup azərbaycanlının müraciəti əsasında bir neçə ay əvvəl qərar çıxardı. Ermənistan hələ də heç bir addım atmayıb. Bu insanların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən prinspal mövqe gözləyə bilərikmi?

İkincisi, Ermənistanın qeyri-qanuni olaraq aylardır girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxması üçün AŞ-nın baş katibi olaraq hansı addımlar atacaqsınız?”

AŞ baş katibi Yaqlandın cavabı isə belə olub: ”Sizin qaldırdığınız məsələləri anlayıram, ağır bir durumdur. Bu istiqamətdə çalışmağa davam edirəm. Təbii ki, qanun önündə hər kəs bərabər olmalıdır. Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarının yerinə yetirilməsi məsələsində qərarlıyıq”.

Geri dön