Ana Sayfa > Karusel / Gündəm / M2 > Salyanda ölən körpələr ekspertizadan keçiriləcək

Salyanda ölən körpələr ekspertizadan keçiriləcək


21-06-2016, 13:31. Yazar: Xeberaz

Salyanda ölən körpələr ekspertizadan keçiriləcək

Salyanda ölən körpələrin meyitləri ekspertizadan keçirilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

Birlikdən APA-ya verilən xəbərə görə, ölümün səbəblərini öyrənmək üçün meyitlər müayinə olunacaq. Müayinələr Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin xüsusi komissiyası tərəfindən aparılacaq və 2-3 həftə ərzində davam edəcək. Körpələrin ölüm səbəbi müayinələrin nəticəsindən sonra məlum olacaq.

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.
Geri dön