Ana Sayfa > Karusel / Dünya / M2 > Tarixi Urmiya gölü qayıdır - Foto

Tarixi Urmiya gölü qayıdır - Foto


21-06-2016, 13:11. Yazar: Xeberaz

Tarixi Urmiya gölü qayıdır - Foto
Urmiya gölünün bərpası istiqamətində aparılan işlər faydasını verib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Tasnim Xəbər Agentliyi məlumat yayıb.

Sözügedən xəbərdə Cənubi Azərbaycanın Urmiya şəhərinə görə Urmiya gölü adlandırılan su hövzəsinin təkcə İran üçün deyil, bölgədəki digər ölkələr üçün də xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Məsələ ilə bağlı danışan Urmiya gölünün bərpası komissiyasının mütəxəssisi Fərşid Sadabadi gölün qurumasına səbəb kimi həm iqlim dəyişkənliyini, həm də sudan plansız şəkildə istifadəni göstərib və əlavə edib ki, artıq bu yöndə ciddi işlər görülür.

Qeyd edək ki, bir müddət əvvəl qurumasına görə dəfələrlə gündəmə gələn Urmiya gölünün yenidən əvvəlki vəziyyətə gətirilməsi planlaşdırılır.

Tarixi Urmiya gölü qayıdır - Foto
Geri dön