Ana Sayfa > Karusel / Hadisə / M2 > Ayaqqabısında narkotik keçirmək istədi

Ayaqqabısında narkotik keçirmək istədi


21-06-2016, 11:47. Yazar: Xeberaz
Ayaqqabısında narkotik keçirmək istədi
Azərbaycana qanunsuz narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı piyada yolla İrandan Azərbaycana Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama nəticəsində vətəndaşın üzərindən-sağ və sol ayağına geydiyi idman ayaqqabısının içərisindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə, iki ədəd bağlama və bir ədəd bükümdə, ümumi xalis çəkisi 149.030 (yüz qırx doqquz tam mində otuz) qram təşkil edən narkotik vasitə-heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön