Ana Sayfa > Karusel / Dünya / M2 > 5 gün sonra Türkiyə İsraillə görüşür - Gizli

5 gün sonra Türkiyə İsraillə görüşür - Gizli


21-06-2016, 08:23. Yazar: Xeberaz
5 gün sonra Türkiyə İsraillə görüşür - Gizli

Türkiyə ilə İsrail rəsmiləri iki ölkə arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan müqaviləni imzalamazdan öncə iyunun 26-da Avropa paytaxtlarından birində sonuncu dəfə görüşəcək.

"Xəbəraz.az " xəbər verir ki, bunu “Haaretz” qəzetinə İsrail Xarici İşlər Nazirliyinin yüksək vəzifəli diplomatı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında razılığa gəlinə bilməyən tək məsələ HƏMAS-ın İstanbuldakı nümayəndəliyinin mövcudluğudur:

“Yekun razılaşma ötən ay tamamlanmalı idi. Lakin Əhməd Davudoğlunun istefası bunu təxirə saldı”.

Qeyd edək ki, ötən gün İsrailin Energetika naziri Yuval Steinitz ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü açıqlayıb.
Geri dön