Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiyada silah anbarı yandı

Rusiyada silah anbarı yandı


20-06-2016, 14:29. Yazar: Xeberaz
Rusiyada silah anbarı yandı


Rusiyanın Həştərxan vilayətinin Xarabalinski rayonunun Aşuluk hərbi poliqonunun anbarında güclü yanğın baş verib.

ANS-in məlumatına görə, güclü partlayışlarla müşayiət olunan yanğın raket sürətləndirici qurğuların saxlandığı anbarda qeydə alınıb.

Hadisə yerinin yaxınlığından 600-ə yaxın insan evakuasiya olunub. Rəsmilərin verdiyi məlumata görə, səhər saatlarında başlayan yanğının qarşısı çətinliklə alınıb.

"Yanğın güclü partlayışlarla müşayiət olunub. Anbarda raket mühərrikləri avadanlıqları saxlanılıb. Partlayışa səbəb də məhz onların partlaması olub"- deyə FHN mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Geri dön