Ana Sayfa > Karusel / Dünya / M2 > Livan ordusunun Rusiyaya ehtiyacı var

Livan ordusunun Rusiyaya ehtiyacı var


20-06-2016, 13:14. Yazar: Xeberaz
Livan ordusunun Rusiyaya ehtiyacı var

Livan terrorizmlə mübarizədə Rusiyanın dəstəyinə ümid edir.

"Xəbəraz.az " Röyter-ə istinadən xəbər verir ki, bu sözləri Livan Respublikasının Maliyyə naziri Əli Xəlil Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevlə görüşü zamanı deyib.

“Rusiya çoxdan bizim təhlükəsizlik qüvvələri və ordumuza dəstək olur, indi biz terrorla mübarizə istiqamətində Rusiyanın əlavə dəstəyini almaq və silahlı qüvvələrimizi gücləndirmək istəyirik”, – nazir rus senatora deyib.

Onun sözlərinə görə, Livan təkcə İŞİD-lə deyil, həm də Nüsrə Cəbhəsi ilə də mübarizə apardığına görə, əlavə dəstəyə ehtiyac duyur.
Geri dön