Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > 45 yaşlı müğənni doğum günündə öldürüldü

45 yaşlı müğənni doğum günündə öldürüldü


19-06-2016, 18:52. Yazar: Xeberaz
45 yaşlı müğənni doğum günündə öldürüldü
Çikaqolu müğənni meksikanın “Səs” telemüsabiqəsinin sabiq iştirakçısı Alexandro “Cano” Fuentes sui-qəsd nəticəsində öldürülüb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, 45 yaşlı müğənni şənbə günü dünyasını dəyişib.
İllinoys ştatının Kuk dairəsinin polis şöbəsinin məlumatına görə, Fuentesə hücum iyunun 16-sı törədilib.Həmin gün o ad gününü qeyd edirdi. Fuentes dostları ilə maşına oturub, bundan sonra naməlum silahlı şəxs onda maşından çıxmasını tələb edib və ona atəş açıb.
Müğənni başından 3 güllə yarası alıb. Polis bəyan edib ki, hələlik hücumu törətməkdə şübhəli qismində heç kəs saxlanılmayıb.
Oxşar hadisə bir həftə əvvəl Florida ştatının Orlando şəhərində baş verib. Burada “Səs” şousunun sabiq iştirakçısıs Kristina Qrimmi öldürülüb.

Geri dön