Ana Sayfa > Karusel / Dünya / M2 > Almaniya Rusiyaya görə NATO-nu tənqid etdi

Almaniya Rusiyaya görə NATO-nu tənqid etdi


19-06-2016, 18:41. Yazar: Xeberaz
Almaniya Rusiyaya görə NATO-nu tənqid etdi

Almaniya Rusiya ilə beynəlxalq tərəfdaşlıqda maraqlıdır.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri jurnalistlərə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer deyib.

O, NATO-nun Şərqi Avropada genişmiqyaslı “Saber Strayk” (Qılıncla zərbə – red.) təlimləri keçməsini tənqid edib.

Onun sözlərinə görə, bu cür addımlar Rusiya ilə NATO arasında gərginliyi artırır:

“Əgər kimsə düşünür ki, bu təlimlər Alyansın şərq sərhədlərinin təhlükəsizliyi üçün önəmlidir, o, böyük səhv edir”.

Qeyd edək ki, NATO bir müddət öncə 10 min hərbçi ilə 13 ölkədə “Qılıncla zərbə” təlimləri keçib.

Geri dön