Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda 38 qızıl diş oğurlandı

Bakıda 38 qızıl diş oğurlandı


19-06-2016, 16:52. Yazar: Xeberaz

Bakıda 38 qızıl diş oğurlandı
Bakıda diş həkimi Eyyub Ələsgərovun evi qarət olunub.

ANS-in məlumatına görə, naməlum şəxslər həkimin evindən 38 qızıl diş aparıblar.

Oğrular 48 yaşlı həkimin Binəqədi rayonundakı evinə pəncərədən daxil olublar. Hadisənin saat 14:30 - 21:00 arası, evdə heç kim olmadığı zaman törədildiyi ehtimal olunub.

İmplantlardan əlavə oğrular 10 min manat, dəyəri 3,15 min manat olan 7 qızıl sikkə aparıblar.

Hadisəni törədənlər aradan çıxa biliblər, polis araşdırmanı davam etdirir.
Geri dön