Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə Misiri qınadı

Türkiyə Misiri qınadı


19-06-2016, 12:44. Yazar: Xeberaz

Türkiyə Misiri qınadı
Türkiyə Misirin devrilən prezidenti Məhəmməd Mursinin ömürlük həbs cəzasına məhkum olunmasını qınayıb.

"Xəbəraz.az "xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu qərarın Misirin sabitliyinə qatqı verməyəcəyi bildirilib.

Qeyd edək ki, Məhəmməd Mursi 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra həbs olunub.

Müsəlman Qardaşları Hərəkatının lideri kimi Qətərə məlumat ötürməkdə ittiham edilən sabiq prezident barəsində bir müddət öncə edam qərarı verilib. Lakin ötən gün bu qərar ömürlük həbs cəzası ilə əvəz olunub.
Geri dön