Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var


19-06-2016, 12:37. Yazar: Xeberaz

Bakıda ağır qəza: ölən var
Bakıda ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, Xətai rayonu Zeytun küçəsində "Tofaş Şahin" markalı 10 MJ 740 dövlət qeydiyyat nişanlı avtomobil 40-45 yaşlı kişini vurub. Ağır xəsarətlər alan şəxs hadisə yerinə ölüb.

Ölən şəxsin üzərindən sənəd çıxmadığından onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön