Ana Sayfa > Karusel / Dünya / M2 > “Kemeron tarixi səhv etdi”

“Kemeron tarixi səhv etdi”


19-06-2016, 12:35. Yazar: Xeberaz

“Kemeron tarixi səhv etdi”

Böyük Britaniya Baş naziri Devid Kemeronun ölkəni Avropa Birliyinə (AB) üzvlüklə bağlı referenduma aparması tarixi səhvdir.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Lüksemburqun Xarici İşlər naziri Jan Asselborn deyib.

Onun sözlərinə görə, hətta referendumdan Britaniyanın AB-də qalması cavabı çıxsa belə, rəsmi Londonla Birlik arasında mənfi münasibətlər özünü büruzə verəcək:

“Britaniyanın Avropa Birliyindən çıxması domino effekti verə bilər”.

Qeyd edək ki, Britaniyanın AB-yə üzvlük məsələsini həll edəcək referendum iyunun 23-də baş tutacaq.

Geri dön