Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ Əfqanıstanda 783 milyard dollar itirib

ABŞ Əfqanıstanda 783 milyard dollar itirib


19-06-2016, 11:37. Yazar: Xeberaz

ABŞ Əfqanıstanda 783 milyard dollar itirib
ABŞ və müttəfiqləri Əfqanıstan ordusuna və polisinə 2020-ci ilə qədər 15 milyard dollar yardım etməyi planlaşdırır.

"Xəbəraz.az " “Vaşinqton Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə təklif iyulun 8-də NATO-nun Varşava sammitində ediləcək.

Təkcə ABŞ-ın Əfqanıstana 10,5 milyard dollar ayırması gözlənilir.

Boston Universitetinin professoru Net Kroufordun hesablamalarına görə, ABŞ Əfqanıstana girdiyi 2001-ci ildən bəri orduya və diplomatlarına 783 milyard dollar pul xərcləyib.

Qeyd edək ki, NATO 2014-cü ilin dekabrında Əfqanıstandakı hərbi missiyasını başa vurub. 2015-ci ilin yanvarından etibarən isə 12 minlik qüvvə Əfqanıstan ordusuna hərbi təcrübə keçilməsi üçün göndərilib.

Geri dön