Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Argentina yarımfinala yüksəldi - Video

Argentina yarımfinala yüksəldi - Video


19-06-2016, 11:35. Yazar: Xeberaz

Argentina yarımfinala yüksəldi - Video

Argentina millisi Amerika Kubokunun 1/4 final qarşılaşmasında Venesuela yığması ilə üz-üzə gəlib.

"Xəbəraz.az " xəbər verir ki, Qonzalo İquain görüşün 8 və 28-ci dəqiqələrində vurduğu qollarla Argentinanı 2-0 önə keçirib.

60-cı dəqiqədə isə Lionel Messi Venesuelanın qapısına 3-cü topu vurub.

Venesuela görüşün 70-ci dəqiqəsində bu qollardan birinin əvəzini çıxsa da, 1 dəqiqə sonra Erik Lamelin zərbəsinin qarşısını ala bilməyib.

Görüş Argentinanın 4-1 qələbəsi ilə başa çatıb.

Cənubi amerikalılar iyunun 22-də 1/2 final qarşılaşmasında ABŞ-la qarşılaşacaq.

Amerika Kubokunun digər yarımfinal görüşü isə Kolumbiya ilə Çili arasında baş tutacaq.


Geri dön