Ana Sayfa > Karusel / Dünya / M2 > Piontkovski: “Moskva İŞİD-lə savaşmır...”

Piontkovski: “Moskva İŞİD-lə savaşmır...”


18-06-2016, 18:20. Yazar: Xeberaz
Piontkovski: “Moskva İŞİD-lə savaşmır...”

ABŞ Obamanın dövründə Rusiya ilə Suriyada savaşa getməyəcək.
"Xəbəraz.az " xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin Ukrayna mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Amerikanın hazırda iki-üç doğru addımı qalıb:

“ABŞ-ı Suriyada əsəbiləşdirən Moskvanın onlara “gəlin birgə Hələbi bombalayaq” təklifi oldu. Putin, Lavrov və digər rusiyalı hərbçilər əvvəl-axır yüzlərlə insanın qətlinə görə Haaqa Məhkəməsi qarşısında dayanacaqlar. Moskva Suriyada heç bir İŞİD-lə savaşmır. İŞİD onun əlində düşməni olan Qərbə qarşı əsas alətdir. Bir sıra sübutlar var ki, Moskva qəsdən İŞİD-in gücləndirilməsi üçün Qafqazdan yüzlərlə insan göndərib. Lakin onların təbliğatı guya Rusiyanın anqlo-sakson dünyası ilə yeni dünya savaşı apardığını söyləyir. ABŞ Obamanın dövründə Suriyada Rusiya ilə qarşıdurmaya getməyəcək. Amerika öz axmaqlığı ucbatından Rusiyaya qarşı ehtiyatda yalnız iki-üç addım saxlayıb”.
Geri dön