Ana Sayfa > Karusel / Dünya / M2 > Ştaynmayerin tənqidi Puşkovu sevindirdi

Ştaynmayerin tənqidi Puşkovu sevindirdi


18-06-2016, 17:06. Yazar: Xeberaz


Ştaynmayerin tənqidi Puşkovu sevindirdi
Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer NATO-nun Şərqi Avropadakı hərbi təlimini tənqid etməsi sevindirici haldır.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov öz rəsmi Tvitter hesabında yazıb.

“Stoltenberqin təhdid və isteriyalarının arasından Frank-Valter Ştaynmayerin zəkasının səsləri eşidilir”.

Xatırladaq ki, Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer “Şərq sərhədlərimizdə simvolik tank paradı keçirməklə Alyansın təhlükəsizliyini təmin edəcəyini düşünənlər çox yanılırlar. Biz keçmiş konfliktlərin yenilənməsinə imkan verməməliyik”, – deyə, “Bild am Sontaq” qəzetinə danışıb.

Geri dön