Ana Sayfa > Karusel / İdman / M2 > Formula-1: Bakıda yeni müqavilə imzalandı

Formula-1: Bakıda yeni müqavilə imzalandı


18-06-2016, 14:35. Yazar: Xeberaz

Formula-1: Bakıda yeni müqavilə imzalandı
"Pirelli” şirkəti Formula-1-in sponsoru olmaqda davam edəcək.

APA-nın məlumatına görə, tərəflər arasında yeni müqavilə imzalanıb.

Maraqlısı burasındadı ki, rəsmi anlaşma Bakıda əldə edilib. Hazırda paytaxtımızda keçirilən Avropa Qran-prisi ərəfəsində müqavilə imzalanıb. Razılığa əsasən, “Pirelli” şirkəti 2019-cu ilin sonuna qədər Formula-1-in rəsmi təchizatçısı olaraq qalacaq.

2011-ci ildən F-1-lə əməkdaşlıq edən italyan şirkəti avtomobilləri şinlərlə təmin edir. Ötən mövsümün sonunda yeni müqavilə məsələsində ilkin anlaşma əldə edilsə də, rəsmi müqavilə indi imzalanıb.

Yeni qaydalara uyğun olaraq, “Pirelli” avtomobillərin daha sürətli olmalarını təmin etmək üçün 2017-ci ildən geniş şinlər istehsal edəcək.
Geri dön