Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Hüznlü Arda meydandan belə yola salındı - Video

Hüznlü Arda meydandan belə yola salındı - Video


18-06-2016, 14:02. Yazar: Xeberaz

Hüznlü Arda meydandan belə yola salındı - Video
Ötən gün Avro-2016-nın D qrupunda Türkiyə millisi İspaniya yığmasına 3-0 məğlub olub.
"Xəbəraz.az "xəbər verir ki, oyun zamanı xoşagəlməz anlar yaşanıb.

Pis oyun nümayiş etdirən Türkiyə millisinin futbolçuları, xüsusilə də Arda Turan azarkeşlər tərəfindən fitə basılıb. Elə bu an stadiondakı ispan fanatlar "Arda" deyə bağıraraq türk azarkeşlərə qarşılıq verib və futbolçuya dəstək olublar.

Matç bitəndən sonra isə İspaniya millisinin bütün futbolçuları tək-tək Arda Turana təsəlli veriblər.

Qeyd edək ki, Arda Turan İspaniyanın "Barselona" klubunun şərəfini qoruyur.

Geri dön