Ana Sayfa > Karusel / Hadisə / M2 > Gömrük gümüş dəyənək aşkar etdi

Gömrük gümüş dəyənək aşkar etdi


18-06-2016, 13:49. Yazar: Xeberaz

Gömrük gümüş dəyənək aşkar etdi

Metaldan hazırlanmış dəyənək aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib, monitorda metal dəyənəyin təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi yoxlama zamanı sərnişinə məxsus çamadanda olan şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, gümüşü rəngli metaldan hazırlanmış 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön