Ana Sayfa > Karusel / İdman / M2 > Formula-1-in trasında dəyişiklik edildi
Formula-1-in trasında dəyişiklik edildi18-06-2016, 13:05. Yazar: Xeberaz |
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bakıda Formula-1 yürüşlərinin ilk günündə iki sərbəst praktikanın yekunu üzrə şəhər trasında kiçik dəyişiklik edib. Trend-in məlumatına görə, belə ki, 6-cı və 12-ci döngələrdə porebriklər götürülüb, onların yerinə rənglənmiş işarələr qoyulub. Bundan başqa, pit-leynə girişdə işarənin yeri və uzunluğu dəyişdirilib. Pilotlar həmin işarəni görməkdə çətinlik çəkdiklərini bildirmişdilər. Qeyd edək ki, iyunun 18-də Bakıda Formula-1 Avropa Qran Prisinin ikinci günü başlayıb. Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Geri dön |