Ana Sayfa > Karusel / Dünya / M2 > Britaniya şirkəti robot-meneceri işə götürüb

Britaniya şirkəti robot-meneceri işə götürüb


18-06-2016, 12:29. Yazar: Xeberaz
Britaniya şirkəti robot-meneceri işə götürüb


Britaniya şirkəti ofisdə işləmək üçün menecer vəzifəsinə robotu işə götürüb.

"Xəbəraz.az "-ın “gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə robotu hazırlayan Birmingem Universitetinin saytında məlumat yerləşdirilib.

Betti adlandırılan yeni “əməkdaş” sınaq müddəti ilə işə götürülüb və o, 2 ay müddətində sınaqlardan keçəcək. Betti ofisdəki səliqə-səhmana, əməkdaşların masalarına, eləcə də ofisdəki səs-küyə və havanın hərarətinə nəzarət edəcək. Robotun gözləri də var və o, ofisə gələn qonaqları, ofis əməkdaşlarını mehribançılıqla qarşılayıb, yola salmaq bacarığına malikdir.

Bundan başqa, Betti iş günü bitdikdən sonra otaqda qalan əməkdaşlara da nəzarət həyata keçirəcək.

Qeyd edək ki, “Baker & Hostetler” hüquq bürosu İBM şirkəti tərəfindən yaradılmış “vəkil” robotu işə qəbul edib. Süni intellekt iflas proseduru məsələləri ilə bağlı işlərlə məşğul olacaq.
Geri dön