Ana Sayfa > Karusel / Siyasət / M2 > Qarabağla bağlı daha bir görüş

Qarabağla bağlı daha bir görüş


18-06-2016, 12:21. Yazar: Xeberaz

Qarabağla bağlı daha bir görüş
Qənirə Paşayeva Liberiyanın Gender, Uşaq və Sosial Müdafiə naziri Julia Duncan-Casell ilə görüşdə köçkün qadınlardan danışıb.

"Xəbəraz.az " xəbər verir ki, millət vəkili görüşdə nazirə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.

Liberiya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən deputat beynəlxalq aləmdə Ermənistanın bu addımlarına laqeyd qalmamağa və buna qarşı öz etiraz səsini ucaltmağa çağırıb.

Julia Duncan-Casell beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla əməkdaşlıq əlaqələrinə daha çox diqqət ayırmağa hazır olduğunu bildirib.
Geri dön