Ana Sayfa > Karusel / Siyasət / M2 > Bu gün Milli Məclisə seçki keçirilir

Bu gün Milli Məclisə seçki keçirilir


18-06-2016, 11:54. Yazar: Xeberaz
Bu gün Milli Məclisə seçki keçirilir
Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçki keçirilir.

Mərkəzi Seçki Komissiyasından Axar.az-a verilən məlumata görə, sözügedən dairə üzrə 40 seçki məntəqəsində ümumilikdə 40203 seçici səs verir. Artıq saat 10-a qədər 4517 seçici (seçicilərin 11,2 faizi) səsəvermədə iştirak edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının 17 dekabr 2015-ci il tarixli iclasında 1 noyabr 2015-ci il seçkinin 90 saylı dairə üzrə nəticələrini ləğv edib. Prezident İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.
Geri dön