Ana Sayfa > Karusel / Gündəm / M2 > Naxçıvanda amnistiya aktı icra olundu

Naxçıvanda amnistiya aktı icra olundu


18-06-2016, 11:31. Yazar: Xeberaz


Naxçıvanda amnistiya aktı icra olundu
28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib.

Report-un xəbərinə görə, tədbirdə Penitensiar Xidmətin şöbə rəisi Əli Səfərov çıxış edərək bildirib ki, 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 20 may 2016-cı il tarixli qərarına əsasən, MR-də 9 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 1 məhkumun isə cəzası yüngülləşdirilib.

Tədbirdə azad olunanlara sənədləri təqdim edilərək uğurlar arzu edilib.
Geri dön