Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-ə ağır zərbə: əl-Faluca azad edildi
İŞİD-ə ağır zərbə: əl-Faluca azad edildi17-06-2016, 23:05. Yazar: Xeberaz |
Iraq hökuməti paytaxt Bağdaddan 50 km qərbdə yerləşən əl-Faluca şəhərinə nəzarəti bərpa edib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bəyan edib. “Növbəti hədəfimiz Mosul şəhəridir. əl-Faluca isə yaxın saatlarda tamamilə terrorçulardan təmizlənəcək”, deyə H.əl-Abadi bildirib. Qeyd edək ki, iyunun 17-də İraq ordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb. Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi. Geri dön |