Ana Sayfa > Karusel / Hadisə / M2 > Avtobusdan düşən 5 yaşlı uşağı maşın vurub

Avtobusdan düşən 5 yaşlı uşağı maşın vurub


17-06-2016, 19:58. Yazar: Xeberaz



Avtobusdan düşən 5 yaşlı uşağı maşın vurub
Gəncə şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin 5-ci mikrorayonu ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayan 2011-ci il təvəllüdlü Yusif Səməd oğlu Məmmədov anası ilə birgə mikroavtobusdan düşərkən sürətlə gələn avtomobil tərəfindən vurulub. Uşaq Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım Xəstəxanasına yerləşdirilib.

Kəllə-beyin travması alan azyaşlının vəziyyəti orta-ağır qiymətləndirilir.
Geri dön