Ana Sayfa > Karusel / Gündəm / M2 > “Azərsell” bu xidməti hamı üçün əlçatan edir

“Azərsell” bu xidməti hamı üçün əlçatan edir


17-06-2016, 17:24. Yazar: Xeberaz
“Azərsell” bu xidməti hamı üçün əlçatan edir

“Azərsell” şirkəti sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə dördüncü nəsil şəbəkəsinin əhatə dairəsini əsaslı şəkildə genişləndirir.

Şirkətdən verilən məlumata görə, Azərsell Telekom sürətli mobil internetə olan tələbatı nəzərə alaraq 4G şəbəkəsini intensiv şəkildə inkişaf etdirir.

Şirkət təkcə 2016-cı ilin ilk 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb.İyun ayının sonuna isə stansiyaların sayının 220-yə qədər artırılacağı planlaşdırlır. Hal-hazırda qeyd olunan ərazidə 4G stansiyalarının sayı 480-ə çatdırlıb. Bununla da sürətli mobil internetə ən çox təlabat olan Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79% çatıb və abunəçilər 4G şəbəkəsində100 Mb.s qədər sürətli internetdən istifadə edə bilərlər.

Yaxın zamanda bölgələrdə də 4G şəbəkəsini genişləndirmək niyyətində olan “Azərsell”, sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə digər vacib tədbirlər də görüb. Məlumdur ki, 4G şəbəkəsinin üstünlüyündən yararlanmaq üçün ilk növbədə bu texnologiyanı dəstəkləyən cihazın olması vacibdir. Ölkədə smartfonların penetrasiyasını artırmaq niyyətini əsas tutaraq, “Azərsell” öz müştərilərinə bu il ərzində artıq iki güzəştli smartfon kampaniyasını təqdim edib. Hədsiz tarifinə qoşularaq Ayfon S6 və Samsung S6 Edge mobil cihazlarını güzəştli şərtlərlə əldə etmək imkanını qazandıran bu kampaniyalar abunəçilər arasında böyük maraqla qarşılanıb.

Həmçinin, abunəçilərə müxtəlif əlverişli internet paketləri təqdim edən “Azərsell”, təkcə son il ərzində Mobil İnterent tariflərində 55%-ə qədər endirim edib.

Bundan əlavə, may ayından etibarən bütün “Azərsell” abunəçiləri istənilən “Azərsell” Müştəri Xidmətləri Mərkəzi və “Azərsell” Ekspres ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən pulsuz sim kart əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, “Azərsell” Azərbaycanda ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən “Azərsell” şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı “Azərsell” tərəfindən təmin olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Geri dön