Ana Sayfa > Karusel / Hadisə / M2 > Şabranda ağır qəza: Ölən və yaralananlar var

Şabranda ağır qəza: Ölən və yaralananlar var


17-06-2016, 17:18. Yazar: Xeberaz
Şabranda ağır qəza: Ölən və yaralananlar var

Şabran rayon ərazisinin Gəndov massivində yol-nəqliyyat hadisəsi baş verib.

Report-un xəbərinə görə, “Hunday” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Ölənin kimliyi məlum olmasa da, yaralılardan biri 1987-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Şixalıyev Elşən Rasim oğludur. Digər yaralının kimliyi hələlik müəyyən edilməyib.

Hadisə yerinə xəstəxananın iki təcili tibbi yardım maşını göndərilib. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön