Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğanın kürəkəni Abid Şərifovla birlikdə işləyəcək

Ərdoğanın kürəkəni Abid Şərifovla birlikdə işləyəcək


17-06-2016, 15:13. Yazar: Xeberaz


Ərdoğanın kürəkəni Abid Şərifovla birlikdə işləyəcək
Türkiyə bəzi ölkələrlə imzaladığı razılaşmalar çərçivəsində hökumətlərarası müştərək komissiyaların həmsədrlərini təyin edib.

"Xəbəraz.az " xəbər verir ki, Energetika və təbii ehtiyatlar naziri Berat Albayraq Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin olunub.

Azərbaycan tərəfdən həmsədr baş nazirin birinci müavini Abid Şərifovdur.

Berat Albayraq həm də Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyaların həmsədri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Berat Albayraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük kürəkənidir.

Geri dön