Ana Sayfa > Karusel / Dünya / M2 > Putin sanksiyaları müzakirə etməyəcək

Putin sanksiyaları müzakirə etməyəcək


17-06-2016, 15:09. Yazar: Xeberaz

Putin sanksiyaları müzakirə etməyəcək

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Finlandiyaya səfəri zamanı Rusiyaya tətbiq edilən sanksiyalarının aradan qaldırılması müzakirə olunmayacaq.

"Xəbəraz.az " RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib:

“Rusiya tərəfi ənənəvi olaraq sanksiyalar məsələsini müzakirəyə çıxarmayacaq. Bu, bizim səfər mövzularımız arasında yer tutmur”.

Xatırladaq ki, mətbuatda Vladimir Putinin Finlandiyaya səfər edəcəyi ilə bağlı məlumat yayılıb.
Geri dön