Ana Sayfa > Karusel / Dünya / M2 > Qazprom Tiflislə yeni müqavilə imzaladı

Qazprom Tiflislə yeni müqavilə imzaladı


17-06-2016, 13:31. Yazar: Xeberaz

Qazprom Tiflislə yeni müqavilə imzaladı
Bu gün Peterburq İqtisadiyyat Forumu çərçivəsində “Qazprom” lideri Aleksey Millerlə “Qazko+” şirkətinin rəhbəri Georgi Mamaladze arasında müqavilə imzalanıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Müqaviləyə əsasən, Rusiya Gürcüstana 100 milyon kub metr qaz verəcək. Tərəflər arasında müqavilə 1 iyuldan 31 dekabra qədər qüvvədə olacaq.

Qeyd edək ki, “Qazprom” Gürcüstanın qaza tələbatının yalnız 10%-ni ödəyir.
Geri dön