Ana Sayfa > Karusel / Hadisə / M2 > İntihar etdiyi deyilən qadını əri öldürübmüş

İntihar etdiyi deyilən qadını əri öldürübmüş


17-06-2016, 13:15. Yazar: Xeberaz

İntihar etdiyi deyilən qadını əri öldürübmüş
Beyləqanda dəhşətli cinayətin üstü açılıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlinin yaşadığı evdə özünü asması barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı T. Məmmədlinin intihar etmədiyi, onun ailə-məişət münaqişəsi zəminində əri 1980-ci il təvəllüdlü Pərviz Məmmədov tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

P. Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Geri dön