Ana Sayfa > Karusel / Gündəm / M2 > Usubov Şəkinskini yeni kollektivə təqdim etdi

Usubov Şəkinskini yeni kollektivə təqdim etdi


17-06-2016, 10:21. Yazar: Xeberaz

Usubov Şəkinskini yeni kollektivə təqdim etdi
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin yeni rəisi polis general-mayoru Emin Şəkinski kollektivə təqdim olunub.

Report-un xəbərinə görə, E.Şəkinskini kollektivə Daxili İşlər naziri general-polkovnik Ramil Usubov təqdim edib.

Qeyd edək ki, E.Şəkinski bu təyinata qədər DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.
Geri dön