Ana Sayfa > Karusel / Hadisə / M2 > Gədəbəydə 32 yaşlı kişini sel apardı

Gədəbəydə 32 yaşlı kişini sel apardı


17-06-2016, 10:19. Yazar: Xeberaz
Gədəbəydə 32 yaşlı kişini sel apardı

Gədəbəydə yağan güclü yağışların nəticəsi olan sel insan ölümünə səbəb olub.

ANS-in məlumatına görə, 32 Gədəbəy sakini Osman Rzayev məşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb. Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıqda aşkar ediblər.

Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan vurub. Hələlik yerli sakinlər özləri fəsadları aradan qaldırmağa çalışırlar. Sakinlərin təsərrüfatına da ciddi ziyan dəyib, mal-qara məhv olub.

Hazırda Gədəbəydə hava durumu normaldır, yağmursuzdur.
Geri dön