Ana Sayfa > Karusel / Hadisə / M2 > İH başçısının cinayət işi məhkəməyə qaytarıldı

İH başçısının cinayət işi məhkəməyə qaytarıldı


17-06-2016, 10:12. Yazar: Xeberaz

İH başçısının cinayət işi məhkəməyə qaytarıldı
Bakı Apelyasiya Məhkəməsində Qobustan rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Alışovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, iclasda işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan T. Alışov isə apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320 (sənədləri saxtalaşdırma) maddələri üzrə ittiham olunub.

2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilən R. Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub.

Geri dön