Ana Sayfa > Karusel / Hadisə / M2 > Nənəsinin evində özünü bıçaqladı

Nənəsinin evində özünü bıçaqladı


16-06-2016, 18:56. Yazar: Xeberaz

Nənəsinin evində özünü bıçaqladı
Sabunçu rayon sakini özünə bıçaq xəsarəti yetirib.

Report-un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbənin “Gülçülük sovxozu” adlandırılan ərazisində yeni tikilidə yaşayan 84 yaşlı Gülşən İbrahimovanın evində nəvəsi Bakı şəhər sakini 27 yaşlı Zaur Mənsurov ailə münaqişəsi zəminində özünün döş nahiyəsinə bıçaq xəsarəti yetirib.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Geri dön