Ana Sayfa > Karusel / Dünya / M2 > Hakan Şükür ABŞ-a qaçdı

Hakan Şükür ABŞ-a qaçdı


16-06-2016, 16:52. Yazar: Xeberaz
Hakan Şükür ABŞ-a qaçdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Tvitterdə təhqir edən keçmiş türk futbolçu və sabiq deputat Hakan Şükür ölkəni tərk edib.

"Xəbəraz.az "xəbər verir ki, vəkili ilk məhkəmə iclasına gəlməyən Hakan Şükürün Amerikaya köçdüyünü bildirib. Vəkilin bu açıqlamasından sonra hakim Hakan Şükürə ABŞ-dakı ünvanını bildirməsi üçün vaxt verib.

Daha əvvəl də Amerikaya gedən sabiq millət vəkili “İdman akademiyası açmaq və ingilis dilini öyrənmək üçün Amerikaya gəlmişəm” demişdi.

Qeyd edək ki, Hakan Şükürü 4 ilə qədər həbs cəzası gözləyir.

Geri dön