Ana Sayfa > Karusel / Gündəm / M2 > 127 məzarın GPS koordinatı hazırlandı - Hərbi

127 məzarın GPS koordinatı hazırlandı - Hərbi


16-06-2016, 15:43. Yazar: Xeberaz
127 məzarın GPS koordinatı hazırlandı - Hərbi

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ölkə ərazisində intensiv hərbi əməliyyatlar zamanı şəhid olan, tanınmadan dəfn edilən naməlum məzar yerlərinin müəyyənləşdirilməsini həyata keçirir.

Report-un xəbərinə görə, bunu Milli Məclisdə keçirilən “18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində 127 məzar yerinin GPS koordinatları hazırlanıb və arxivləşdirilib.

Geri dön